“Bank Respublika” ASC İnformasiya Təhlükəsizliyi Departamentində təcrübə proqramını elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Öz işinin peşəkarları yanında təcrübə keçmək;
- Real iş mühiti ilə tanış olmaq;
- Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
- “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi istiqamətləri üzrə təhsil arzuolunandır);
- 4-cü kurs tələbələri və ya yeni universitet məzunları təcrübə proqramına müraciət edə bilər;
- Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);
- Analitik düşüncə qabiliyyəti;
- Məsuliyyətlilik, operativlik, dəqiqlik;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentində təcrübə proqramı qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.