“4Sİ Akademiyası” layihəsi çərçivəsində tələbələr üçün təcrübə (internship) proqramı!
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində reallaşan “4Sİ Akademiyası” layihəsi çərçivəsində tələbələr üçün təcrübə proqramına qeydiyyat prosesinə başlanılır.
“4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) pilot layihəsi çərçivəsində 1 il ərzində tədris dili ingilis dilində olmaqla Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.
Yeni maarifləndirici layihə olan “4Sİ Akademiyası” onlayn təhsil platformasıdır və tələbələr bu təcrübə proqramına qoşulmaqla layihənin icrasında aşağıda qeyd olunan istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.
Əsas istiqamətlər:
- Müraciətçilərin seçim prosesi və əlaqə: Onlayn qeydiyyat vasitəsilə daxil olan müraciətlərin təhlili obyektiv qiymətləndirilməsi, seçilən şəxslərlə əlaqələrin qurulması
- Platformanın idarəçiliyi (moderatorluq): Onlayn platformanın arxa panelinin idarə olunması və istifadəçilərin müraciətlərinin çevik cavablandırılması
- Rəqəmsal Marketinq və Kommunikasiya: Layihə haqqında məlumatların daha böyük hədəf kütləsinə və internet istifadəçisinə çatdırılması
Qeyd edək ki, seçim prosesində əsasən ingilis dili və texniki (kompüter) bilikləri olan tələbələrə üstünlük veriləcək.
“4Sİ Akademiyası” layihəsində təcrübəçi (intern) olmaq üçün 31 avqusta qədər aşağıdakı qeydiyyat formasını doldurun.