“A+CO” ASC şirkəti İnsan Resursları və İnzibati İdarəetmə Departamentində təcrübə proqramı elan edir.
“A+CO” ASC şirkəti karyerasına peşəkar kollektivlə birgə çalışaraq başlamaq istəyən şəxslər üçün təcrübə proqramı elan edir.
Tələblər:
- Ali təhsil ( İnsan Resursları , Biznesin təşkili, Maliyyə və Hüquq və s.)
- Riyazi biliklər və məntiqi təfəkkür;
- Ofis proqramlarını orta səviyyədə bilmə;
- Təşəbbüskar və məsuliyyətli olma;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Özünü inkişafa meyillilik;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;
- Punktual və nizam-intizamlı.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi” yazaraq hr@aplusco.az ünvanına
göndərilməsi xahiş olunur.