Azercell Təcrübə Proqramı / Kibertəhlükəsizlik Şöbəsi
Location: Baku, Azerbaijan
İş qrafiki:
Bazar ertəsi – Cümə günləri, saat 09:00 – 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
İş yeri: Tbilisi prospekti 149, AZ1122 Bakı, Azərbaycan (“Azercell Telekom” MMC, Baş ofis).
Təcrübə müddəti: 3 ay (6 aya qədər uzadıla bilər).
Təcrübə növü: Ödənişsiz.
________________________________________________________________
Əsas öhdəliklər:
- Müxtəlif təhlükəsizlik sistemlərində baş vermiş hadisələrin dəyərləndirilməsi, sübut və məlumatların toplanaraq uyğun şəxslərə yönləndirilməsi;
- Təhlükəsizlik insidentlərinin qeydiyyatı və sənədləşdirilməsi;
- Təhlükəsizlik sistemlərində istifadə olunacaq skriptlərin yazılması;
- Təhlükəsizlik sistemlərində tapşırıqlara uyğun olaraq sazlama işlərinin aparılması;
- Mentorun verdiyi şifahi və yazılı göstərişlərin yerinə yetirilməsi;
- Təcrübə zamanı məsul iş sahələri ilə bağlı müvafiq hesabatların hazırlanması.
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
- Təhsil: İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə tamam və ya natam Ali təhsil;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – yaxşı səviyyədə;
- Təhlükəsizliyin təmin edilməsi sistemlərinin (SİEM, DLP, Firewall və s. ) iş prinsiplərini anlayan və ümumi şəbəkə, tətbiqlərin və kompüterlərin təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
- Kiber hücumlar və onlara qarşı mübarizə metodları, məlumat şifrələnməsi texnologiyaları barəsində biliklərə sahib olmaq;
- Proqramlaşdırma dillərindən hər-hansı birində təcrübə (Python arzu olunandır);
- Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
- Baş vermiş təhlükəsizlik insidentlərinin dəqiq, düzgün və aydın şəkildə hesabatının hazırlanması üçün yüksək yazılı bacarıqlarının olması;
- MS Office kompüter proqramından istifadə etmək bacarığı.
Üstünlük verilən Yetkinliklər:
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
- Nəzarət etmək qabiliyyəti;
- İşləri yüksək səviyyədə icra etmək bacarığı;
- Yekun nəticəyə yönəlmə bacarığı.
İşə qəbul prosesi:
- CV-lərin təhlil edilməsi
- Texniki Bacarıqlar üzrə müsahibə
- Yetkinliklər üzrə müsahibə (HR)
Qeyd:
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu şöbəsinin mütəxəssisi və Kibertəhlükəsizlik Şöbəsinin rəhbərliyi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Vakansiyalara dair suallarınızı Linkedin üzərindən “Azercell Recruitment Team” səhifəmizə qoşularaq ünvanlandıra bilərsiniz: https://www.linkedin.com/in/azercell-recruitment-team-469180152/
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Deadline for applicants : 31st August 2022 08:41 AM