SMM Manager Təcrübə Proqramı
Yeni yaranan marketinq agentliyi SMM komandasında təcrübə keçmək həmçinin influenserlərlə işləmək üçün təcrübəçilər axtarışındadır.
Bu sahə üzrə biliklərini praktiki tətbiq etmək istəyənlər, yeni karyera qurmaq istəyənlər müraciət edə bilər.
Tələblər:
- SMM işinə böyük maraq və həvəsin olması
- Orta səviyyədə MS office bilikləri
- İşində dəqiq və operativ olmaq, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
- İş Təcrübəsi tələb olunmur;
Vəzifələr:
- Sosial şəbəkələrdə səhifələrin idarəedilməsi;
- Sosial şəbəkələrdə rəylərin və mesajların cavablandırılması;
- Postlar üçün dizaynerə briflərin verilməsi.
İş şəraiti:
- 5 günlük iş şəraiti;
- Təcrübə hələ ki onlayn keçirilir.
- Təcrübə proqramını uğurla bitirən namizədlərin əmək bazarında rəsmi işlə təmin olunması şansı artır.