AZAL-da Maliyyə və Mühasibat uçotu İdarəsində təcrübə proqramı!
⠀
✅ Tələblər:
⠀
• Ali təhsil (maliyyə, mühasibat uçotu)
• Analitik düşünmə və riyazi bilik
• Öyrənmə həvəsi yüksək və maliyyə sahəsində təcrübə qazanmaq istəyi
• Özünü inkişafa meyillilik
• Ünsiyyət qurmaq və səlis danışıq qabiliyyəti
• Kompüter bilikləriI MS Office (MS Word, MS Excel)
• Təşəbbüskar və məsuliyyətli olma
⠀
⏰ İş qrafiki: Bazar ertəsi-Cümə günü: 09:00 – 18:00
❗️ Xüsusi tələblər: ali təhsilini başa vuran məzunlar
❗️ Əlavə üstünlüklər: Dil bilikləri və Beynəlxalq maliyyə uçotu üzrə sertifikatlar.
⠀
Təcrübə proqramı sizə nələr qazandıracaq?
⠀
• İşləyərək öyrənmək imkanı;
• Real iş mühiti ilə tanışlıq;
• Gələcəkdə “Azərbaycan Hava Yolları” QSC-də karyera qurmaq imkanı.
⠀
Qeyd: Təcrübə proqramının müddəti 3 aydır və bu müddət ərzində təcrübəçilərə ödəniş həyata keçiriləcək. Xüsusi seçilən təcrübəçilərə sertifikat veriləcək.
⠀
Ünvan: Heydər Əliyev Beynəlxalq Hava limanı (təcrübəçilər nəqliyyatla təmin olunacaq).
⠀
Maraqlananlar CV fomalarını hr@azal.az elektron ünvanına göndərə bilər və ya azal.az səhifəsinə daxil olaraq onlayn müraciət edə bilərlər (mövzuda “Təcrübə proqramı” qeyd edə bilərsiniz).
AZAL-da Maliyyə və Mühasibat uçotu İdarəsində təcrübə proqramı
Şərh bildir
Şərh bildir