DATA, Statistika, ERP və Biznes Analitikası sahəsində özünü inkişaf etdirmək istəyənlərin nəzərinə
Arterin nəzdində yeni R&D (Research and Development) departamenti yaradılır. Məqsədimiz Azərbaycan və beynəlxalq bazarı daha yaxşı araşdırmaq və innovativ həllər verməkdir.
Təcrübə müddəti 4 aydır. Ofis şəraitində və uzaqdan çalışmaq mümkündür. Araşdırmalar saytda dərc olunacaq.
Komandada işləyənlər nə qazanacaq:
- İT və Biznes sahəsi üzrə biliklər
- Komanda ilə işləmə bacarığı
- Araşdırma bacarğı
- Netvörkinq, biznes görüşlərində iştirak
- Müxtəlif şəxsi inkişaf materialları və vebinarlar
Komandaya qoşulmaq istəyənlər:
1. CV
2. ERP nədir, necə istifadə edilir?
- Şirkət (özünüz seçə bilərsiniz) statistikanı necə istifadə edir?
- Rəqəmsal transformasiya nədir?
Mövzulardan birini seçib minimum 450 söz olmaqla
3. Komanda rəhbəri olmaq istəyənlər isə istək məktubu (nəyə görə istədiyinizi bildirən yazı)
“ARTER R&D” başlığı ilə info@arter.az mail ünvanına göndərə bilər.
Tələbimiz minimum 1-ci kurs tələbəsi olmaqla sadalanan sahələrə marağınızın olmasıdır.
Müraciət üçün son tarix: 15 dekabr