Rabitabank ASC Xidmət Keyfiyyətinə Nəzarət sahəsində təcrübə toplamaq istəyən gənclər üçün yeni imkanlar yaradır.
Əgər Siz özünüzü aşağıdaki tələblərə uyğun hesab edirsinizsə, onda bu imkanı mütləq dəyərləndirin!
Təcrübəçiyə dair tələblər:
- Xidmət keyfiyyəti sahəsi ilə tanış olmaq və təcrübə keçmək istəyən namizədlər;
- Üniversitet məzunları və təcrübəsiz namizədlərə üstünlük verilir;
- Müştəriyönümlü olmaq;
- Təşəbbüskarlıq və yeni ideyalara malik olmaq;
- Analitik düşünmə qabiliyyətinə malik olmaq;
- Rus və İngilis dil bilikləri arzuolunandır.
Maraqlanan namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz təcrübə imkanının adını email-in mövzu hissəsində “ XKND intern” göstərməyiniz xahiş olunur.