Təsvir : İnsan Resursları üzrə təcrübəçi çalışdığı bölmə üzrə İnsan resursları üzrə mütəxəssislərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:
İşə qəbul komandası ilə:
- Yaranan vakansiyaların qarşılanması, uyğun namizədlərin tapılması yönündə aktiv iştirak edir;
- Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim etmək üçün araşdırma edir;
Sənədləşmə komandası ilə:
- İşçilərin şəxsi işlərini formalaşdırır, səliqəli saxlayır;
- İşə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və istehsalat əmrlərinin verilməsinə yardım edir;
Payroll komandası ilə:
- İşçilərinin əmək haqqı hesablanmasına yardım edir;
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işə qəbul edilən, işdən işdən azad edilən, vəzifə dəyişikliyi, sənədləşmə işlərini həyata keçirilməsində kömək edir;
- Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirir;
Təlim və inkişaf komandası ilə:
- Təlim bazarı araşdırması edir, təlim şirkətləri ilə əməkdaşlıq üzrə danışıqlar aparır, şirkətin ehtiyacları ilə qarşılaşdırır;
- Təlimlərin təşkilində iştirak edir, təlim sorğuları keçirir;
- Rəqəmsal öyrənmə üzrə araşdırma edir və təşəbbüslər göstərir.
- Tələblər
- Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
- Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilməsi üstünlükdür;
- Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- İş qrafiki: Beş günlük iş həftəsi (09:30-18:30);
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center;