ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!
ABB 18 – 25 yaş aralığında tələbələri, yaxud ali təhsilini yeni bitirmiş gəncləri “ABB Rəqəmsal maarifləndirmə” proqramında iştiraka dəvət edir. Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:
- Çeviklik
- Təşəbbüskarlıq
- Həvəslilik
- İşgüzarlıq
- Gülərüzlük
- Məsuliyyətlilik
- Ünsiyyətcillik
Mart ayından başlanacaq növbəti “ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının məqsədi 3-6 ay müddətində gənclərin fərdi inkişafına nail olmaq, asudə vaxtlarının səmərəli təşkilində onlara kömək göstərmək, əmək vərdişlərinin inkişafına, gələcək karyera imkanlarının artırılmasına, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib bilikləri mənimsəmələrinə, liderlik bacarıqları qazanmalarına, sosiallaşmalarına, komanda işini öyrənmələrinə imkan yaratmaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az saytında qeydiyyatdan keçərək təcrübə proqramına müraciət edə bilərlər.