“AFB Bank” ASC –də Rəqəmsal Bankçılıq üzrə davam edən Təcrübə Proqramını nəzərinizə çatdırmaq istəyirəm!
Təcrübə proqramına kimlər müraciət edə bilər:
- Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Kompüter Elmləri, Proseslərin avtomatlaşdırılması istiqamətləri üzrə ali təhsil arzu olunandır);
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, Yüksək səviyyədə ingilis dili bilikləri arzu olunandır;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Analitik düşünmə, ünsiyyət və komandada işləmək bacarığı.
Təcrübəçinin içtirak edəcəyi proseslər:
- Rəqəmsal Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi
- Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
- Yerli və Beynəlxalq bazarda Banklar və Fintexlər tərəfindən təklif edilən rəqəmsal xidmətlərin araşdırılması;
- Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;
- Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
- İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
- Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
Qeyd edək ki, Təcrübə proqramının sonunda müsbət nəticə göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.
Siz də bizim komandaya qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə, CV-lərinizin mövzu sətrində müraciət etmək istədiyiniz sahə üzrə “Rəqəmsal Bankçılıq üzrə Təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.