Targetinq üzrə təcrübə proqramı
Biz kimik?
MOF bizneslərin sosial bələdçisidir. Müxtəlif brendlərə sosial şəbəkələrdə düzgün hədəf kütləsinin qarşısına çıxmağa, eyni zamanda həmin kütlənin diqqətini cəlb etməyə yardım edən əsas körpüdür. Müxtəlif biznes həlləri təqdim edən və yeni ideyaların yaradılmasına vəsilə olan komandamız, biznesinizin tikanlardan ulduzlara qalxmasına qədər sizinlə olacaq!
Tələblərimiz :
- Fərqli, qeyri-adi və kreativ düşüncə
- Problem həll etmək və araşdırma bacarığı
- Targetinq və SMM haqqında baza anlayışlarının mövcud olması
- Səmimi və xoş ünsiyyət bacarığı
- Güclü analiz bacarığı
- Komanda ilə işləmə bacarığı, ideyaların paylaşılması, brainstorming-də aktiv iştirak
- Təşəbbüskarlıq
Təcrübə proqramında öyrənəcəklərin:
- Aylıq plan və kontentə uyğun targeting xidmətinin göstərilməsi
- Facebooks Ads, Google Ads ilə iş, biznes akkauntların qurulması və idarəsi, SEO, SEM
- Şirkətlərin targeting analizi və təkliflərin irəli sürülməsi
- Kontentlə bağlı təkliflərin edilməsi (nəticələrə əsasən)
- Paylaşımların düzgün hədəf auditoriyası qarşısına çıxarılması
- Şirkətlər üzrə büdcələrin paylaşımlara uyğun bölüşdürülməsi
- Reklamların tənzimlənməsi
- Aylıq hesabatların tərtib olunması (hər şirkət üzrə)
- Səhifənin reklam strategiyasının hazırlanması
- Reklam məzmununun müəyyənləşdirilməsi və müştəri ilə razılaşdırılması
- Reklam büdcəsinin idarəolunması
- Retargeting vasitəsilə yeni müştərilərin cəlb edilməsi
- Biznes hesabının yaradılması və idarəolunması
- Nəticələrə əsasən növbəti reklam məzmununun müəyyən edilməsi
- Lid formunun quraşdırılması
- CRM ilə inteqrasiya
İş saatları : Adı “Part-time”, əsli isə “Öyrənənə qədər işlədirik” 🙂
Müddət : 1 ay
Nə kimi imkanlar bəxş edirik :
- Real iş mühitində bolluca təcrübə qazanmaq
- Peşəkar targetoloqdan öyrənmə fürsəti
- Təcrübə proqramından sonra işlə təmin olunma imkanı
- Təcrübəni təsdiq edən rəsmi sertifikat
- Əyləncəli komanda ilə iş
+ Ofisimiz parkın yanındadır, havalar da isinir 🙂
Proqrama qoşulmaq üçün öz CV-nizi markofuniagency@gmail.com elektron poçt ünvanına mövzu(subject) bölməsində “Targetinq” qeyd edərək göndərə bilərsiniz.