Sumqayıt, Qəbələ və Gəncə şəhərlərində yerləşən filiallarımızda Müştəri xidmətləri sahəsində karyera qurmaq istəyənlər üçün Təcrübə Proqramımız davam edir!
Siz də bank sektorunda müştərilərlə birbaşa çalışaraq nəzəri və praktiki biliklər qazanmaq istəyirsinizsə, bu layihə sizin üçündür! Təcrübə proqramının sonunda müsbət nəticə göstərənlərin işə qəbulu nəzərdə tutulmuşdur.
Təcrübə proqramına kimlər müraciət edə bilər?
- Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
- Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.
Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür);
- MS Office (MS Word, MS Excel) proqramları ilə işləmək bacarığı;
- Ünsiyyətcil və yüksək təqdimat bacarığına malik olma.
Komandamıza qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə CV-lərinizi mövzu sətrində “Əməliyyat üzrə təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.