Qədim Qala Nəşriyyat Evi beynəlxalq əlaqələr şöbəsinə təcrübəçi tələb olunur.
Əsas tələblərimiz:
- Ali təhsil (məzun və yaxud tələbə)
- Beynəlxalq əlaqələr departamentinə aid tapşırıqları yerinə yetirmək, rus və ingilis dilində araşdırmalar aparmaq, yeni kitablar, nəşrlər, tədbirlərlə bağlı məlumat toplamaq.
- Rus və ingilis dili bilikləri
- MS Office proqramlarında işləmə bacarığı (əsasən WORD)
- Analitik düşüncə və təhlil bacarığı
- Peşəsinə yüksək motivasiya ilə yanaşma
- Fərdi və komanda da işləmə bacarığı
- Səbrli, məsuliyyətli
Təcrübə şərtləri:
- Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlər sertifikatla təmin olunacaqlar
- Ofis rejimi : iş saatları: həftədə 3 gün 3 saat
Təcrübə proqramı 3 ay davam edəcək və ödənişsizdir. (Təcrübəçilərin yol xərci qarşılanacaqdır.)
Bütün kriteriyalara cavab verən xanımlar CV-lərini TƏCRÜBƏÇİ başlığı ilə hr@qedimqala.az ünvanına göndərə bilərlər.