Şirkət adı: Express
İş məlumatları:
Şəhər: Bakı
Əmək haqqı AZN: Ə/h razılaşma ilə
İş rejimi: Tam-ştat
Sahə: IT & Development (Proqramlaşdırma)
Kateqoriya: Sistem idarəetməsi
İş barədə məlumat
Mövcud kibertəhlükəsizlik sistemlərinin sazlanması və idarəedilməsi (DLP, EDR/XDR, PAM, WAF, Mail Security və s.);Kibtəhlükəsizlik sistem və avadanlıqlarının monitorinq edilməsi;Kibertəhlükəsizlik İnfrastrukturunun ehtiyat nüsxələrinin çıxarılması, xətalar baş verdiyi zaman bərpa işlərinin görülməsi;Yeni kibertəhlükəsizlik sistemlərinin layihələndirilməsi və inteqrasiya edilməsi;Kibertəhlükəsizlik sistemlərin sənədləşdirilməsi və hesabatların hazırlanması;İnformasiya təhlükəsizliyi sistemlərin və DevSecOps sistemlərinin inteqrasiyasını, testi, əməliyyatları, istismarını və təhlükəsizliyinin təmin edilməsi.Bizim üstünlüklərimiz:
Tibbi sığorta;Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;Professional və maddi inkişaf perspektivləri;Peşəkar korporativ mühitdə işləmək imkanı.Nami̇zədə tələblər
Ali texniki təhsil;Kompüter şəbəkəsi anlayışları və protokolları və şəbəkə təhlükəsizliyi metodologiyaları haqqında biliklər;Kiber təhdidlər, zəifliklər və risklər haqqında biliklər;Informasiya təhlükəsizliyi sistemlərində inzibatçılıq təcrübəsi;Administrator səviyyəsində Windows və Linux bilikləri;Virtualizasiya təcrübəsi (Vmware VCenter, ESXI);Texniki sənədləri oxuma və təhlil etmə bacarıqları;Skript dillərində (Python, PowerShell və Bash) proqramlaşdırma bacarıqları;İnformasiya Təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatlar (arzu olunandır).Elan tarixi: 19 May – 18 İyun