Şirkət adı: Vumes
İş məlumatları:
Şəhər: Bakı
İş stajı: 1 ildən 3 ilə qədər
Əmək haqqı AZN: 1500 AZN
İş rejimi: Tam-ştat
Sahə: Maliyyə
Kateqoriya: Mühasibat
İş barədə məlumat
Vumes MMC #aparıcı_mühasib axtarışındadır. Aşağıdakı tələblərə uyğun namizədlər CV-lərini başlığa “aparıcı mühasib” yazaraq career@hiring.az ünvanına göndərə bilərlər
İş yeri: Lökbatan qəsəbəsi, Heybət küç.
Servis, nahar, korporativ nömrə verilir.
Əmək haqqı: 1500AZN (tam rəsmi)
İş rejimi: 5 günlük, saat 10:00-17:00
Vəzifə öhdəlikləri:
– Vergi və digər rəsmi hesabatlarının zamanında verilməsi
– Müəssisə daxili mühasibatlıq işlərinin aparılması, nəzarət
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini izləmək
– Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Şirkət: Vumes MMC
Vebsayt: vumes.az və vumestrade.com
Haqqında: Vumes hər bir ailənin və müştərinin gündəlik olaraq məmnunluqla istifadə etdiyi yüksək keyfiyyətli məhsulları istehsal edən tanınmış beynəlxalq istehsalçı şirkətlərin sadiq partnyorudur. Əsas məqsədimiz və meyarımız isə müştərilərimizə keyfiyyətli məhsul və xidmət təqdim etməkdir.
Qeyd: Şirkət həm Türkiyədə həm Azərbaycanda fəaliyyət göstərməkdədir. Ofis yaxın zamanlarda mərkəzə köçürüləcək.
Nami̇zədə tələblər
– Ali təhsil
– Mühasib kimi 2 il iş təcrübəsi
– Rəsmi hesabatlarla iş təcrübəsi
– Gənc, dinamik, inkişafa meyilli
Elan tarixi: 19 May – 18 İyun