STEAM Azərbaycan layihəsi məzun və magistrların bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə “STEAM Təcrübə Proqramı 2023” elan edir!
Proqrama 2020-2023-cü tədris illərinin məzunları və hazırda magistratura pilləsində təhsil alan tələbələr müraciət edə bilər.
Təcrübə proqramı (modullar):
- STEAM metodologiyalar;
- Robototexnika;
- 3D modelləşdirmə və 3D Çap;
- Mühəndislik;
- Kodlaşdırma.
Yarış və tədbirlər:
- Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ə hazırlıq prosesi;
- STEAM İnnovasiya Mərkəzində fəaliyyətlər;
- STEAM Mərkəzlərinə səfərlər.
Ödənişsiz proqramda iştirak üçün müraciət etmək istəyənlər CV-lərini 9 iyul 2023-cü il saat 09:00-a qədər cv@steam.edu.az ünvanına göndərməlidirlər. Təcrübə proqramına 12 iyul tarixindən start verilir, müddəti haqqında məlumat müsahibə zamanı bildiriləcək.