Bilirdinizmi ki, Access Bank BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulmuş ilk Azərbaycan bankıdır?!Mikromaliyyələşdirmə lideri olaraq müxtəlif sosial layihələrdə qadınlara aktiv dəstək göstəririk. Biz inanırıq ki, qadınların biznesin bütün səviyyələrində təmsil olunması ölkənin gələcək inkişafı üçün vacibdir.
Bunu nəzərə alaraq, böyük məmnuniyyət hissi ilə bank sektrounda ilk dəfə yalnız xanımlar üçün “Future BankHers” təcrübə proqramını elan edirik!
İştirakçılar 3 ay davam edəcək təcrübə proqramında “AccessBank”ın komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlara yiyələnəcəklər. Əlavə olaraq, təcrübəçilər üçün mentorluq və peşəyə uyğun təlimlər təşkil olunacaq.
Təcrübə üçün nəzərdə tutulan sahələr:
- Mikro və aqro müştərilərlə iş;
- İnsan resursları;
- Hüquq və komplayens;
- Maliyyə;
- Risklərin idarə edilməsi;
- Bank ödənişləri;
- Pərakəndə bankçılıq;
- Marketinq;
- İT;
- Əlaqə mərəkəzi.
Müraciət üçün link: https://lnkd.in/dMVyPQqF
Müraciət üçün son tarix: 10.10.2023.
Tələblər
- Təcrübə programında iştirak üçün xanımlar Bakalavr dərəcəsi- IV kurs/ Magistr tələbəsi və ya yeni məzun olmalıdır.
Əsas tələblər: güclü analitik və mükəmməl ünsiyyət bacarıqları, komanda işi.