Vakansiya haqqında
Şirkət: Azerconnect
İdarə: Maliyyə
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 03.10.2023
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Müxtəlif daxili hesabatların hazırlanmasında dəstək
- Büdcədə nəzərdə tutulan rəqəmlərlə faktiki rəqəmlər arasında fərq təhlili aparmaqda və büdcədən yuxarı/aşağı olmasının səbəblərini araşdırmaqda dəstək
- Cari dövrün faktiki rəqəmlərini əvvəlki dövrlərlə müqayisə etmək üçün analitik prosedurları yerinə yetirilməsinə dəstək və maliyyə nəticələrinin düzgünlüyünə əminlik əldə etmək
- Müxtəlif xərclərə nəzarət prosedurlarının həyata keçirməsində dəstək göstərmək
- Bölmənin öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər sifahi/ yazılı tapşırıqları icra etmək və/və ya icrasına dəstək olmaq
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Maliyyə, Mühasibalıq, İqtisadiyyat və oxşar sahələr üzrə ali təhsil
- Xərclər üzrə ümumi anlayış
- Əlavə nəaliyyətlər (ACCA və s.) üstünlükdür
- Güclü analitik bacarıqlar.
- Yaxşı ünsiyyət qabiliyyəti;
- Excel proqramından orta səviyyədə istifadə etmək bacarığı;
- Azərbaycan və ingilis dilini bilmək
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
03/10/2023