Hal-hazırda komandamıza “Layihələrin idarəedilməsi üzrə təcrübəçi” namizəd axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- Layihədə iştirak edən komandanın vəzifələrini effektiv şəkildə yönləndirmək, verilən tasklara nəzarət etmək;
- Layihənin tələblərini müəyyənləşdirmək və məlumatların əks olunduğu briflərin tərtib olunması;
- Texniki tapşırıqların yazılmasında iştirak;
- Layihənin icrası zamanı, dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq, sualların yönləndirilməsi;
- İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
- Layihə ilə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
- Layihələrin sonunda hesabatın formalaşdırılması və layihə ilə bağlı bütün məlumatların arxivlənməsi.
Namizəd üçün arzu olunan tələblər:
- İnformasiya texnologiyaları və trendləri barəsində biliklər;
- IT sahəsində təhsil arzu olunandır;
- Kompüter bacarıqları: MS Office, Layihə üçün əməkdaşlıq alətləri (məsələn: Trello, Jira);
İş rejimi:
- ofis daxili;
- həftənin 5 günü (09:00 – 18:00).
Müraciət etmək istəyən namizədlərin CV-lərini hr@crocusoft.com email ünvanına, mövzu adı yerində “Project Manager Intern” qeyd edərək göndərməyi vacibdir.