Komandamıza Qrafik dizayn üzrə təcrübəçi axtarırıq!
İdeyaları unudulmaz vizuallara çevirməyi sevən yaradıcı qrafik dizaynersiniz? Dizayna dünyasına həvəsli və detallara diqqət yetirirsiniz? Maraqlı peşəkar səyahətə hazırsınız ? O zaman bu fürsəti qaçıra bilməzsiniz!
Sizdən nə gözləyirik:
Lighthouse Consulting & Training-də Qrafik Dizayn üzrə Təcrübəçi olaraq siz vizual kimliyimizin formalaşmasında və müxtəlif auditoriyalar üçün öyrənmə təcrübəsinin artırılmasında böyük rol oynayacaqsınız. Gündəlik tapşırıqlarınıza aşağıdakılar daxildir:
- Öyrənmə materialları, marketinq və çap üçün vizual məzmun, təqdimat, infoqrafika və digər vizualların yaradılması.
- Bütün kommunikasiya kanallarında brendimizin vizual kimliyini qorumaq və inkişaf etdirmək.
- Ən son dizayn tendensiyalarını və texnologiyalarını izləməklə layihələrimizə out of the box, innovativ ideyalar əlavə etmək.
Sizi nə gözləyir:
- İnnovativ öyrənmə mühitində real dünya təcrübəsi.
- Təcrübəli mütəxəssislərdən mentorluq.
- Yaradıcılığınızı dəstəkləyəcək komandada işləmə imkanı.
- Bacarıqlarınızı inkişaf etdirmək üçün Lighthouse Academy.
- İş və həyatı balanslaşdırmaq üçün hibrid iş cədvəli.
Karyeranıza bizimlə başlamağa hazırsınız? Dizayn işlərinizi əks etdirən CV ilə aşağıdaki link vasitəsi ilə müraciət edin.