“AFB Bank” ASC-nin “Qəbələ” filialında Pərakəndə kreditlər sahəsi üzrə təcrübə proqramı aktivdir!
Təcrübə proqramına kimlər müraciət edə bilər?
- Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
- Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.
Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.
- Ali təhsil;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma.
Müraciət etmək üçün CV-lərinizi mövzu sətrində “Pərakəndə kreditlər üzrə təcrübəçi” qeyd edərək cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.