Əmək haqqının hesablanması üzrə təcrübəçi
Müəssisə: AL MARKET MMC
Vakansiya: Əmək haqqının hesablanması üzrə təcrübəçi
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, İnsan Resursları sahəsində olması üstünlükdür);
- Əmək Qanunvericiliyi ilə bağlı biliklər;
- Sənədlərlə işləmə bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı.
İş haqqında məlumat:
- İşçilərin aylıq əmək haqqının (məzuniyyət, ezamiyyə, xəstəlik vərəqəsi, əlavə iş saatı və s) hesablanması üçün lazımı sənədləri qəbul etmək;
- Əmək haqqı hesablanması ilə bağlı bütün prosesləri vaxtında və düzgün şəkildə icra etmək;
- Əmək haqqı hesablanması ilə bağlı prosedurların optimallaşdırılmasına dəstək olmaq;
- Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi.
İş şərtləri:
- Təcrübə proqramı ödənişlidir;
- Nahar şirkət tərəfindən qarşılanır;
- Həftə içi 5 gün 09:00-18:00.
- Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Əmək haqqının hesablanması üzrə təcrübəçi (Al Market)” qeyd etməyiniz xahiş olunur