Satış və Müştəri Xidmətləri departamentində “Müştərilərlə əlaqələr üzrə təcrübəçi” vakansiyası aktivdir.
Vəzifə öhdəlikləri:
- Müştərilərimizə daha yaxşı xidmətin və dəstəyin göstərilməsində əsas rol oynamaq.
- Telefon, çat, elektron poçt və sosial şəbəkələr daxil olmaqla bir neçə kommunikasiya kanallarından istifadə edərək işləmək.
- Şirkətin məsulları və xidmətləri haqqında dərin biliklərə sahib olmaq.
- Müştəriləri effektiv şəkildə məlumatlandırmaq və yönləndirmək.
- Müştərilərin rəylərinə əsasən şirkətin xidmətlərinin daim təkmilləşdirilməsinə dəstək olmaq.
- Axşam saatları, istirahət və bayram günləri daxil olmaqla 7/24 dəstək xidmətini təmin edən növbəli iş qrafiki ilə işləmək.
Namizədlərə tələblər:
- Orta məktəb diplomu və ya onun ekvivalenti; müvafiq sahə üzrə bakalavr təhsili üstünlükdür.
- Yüksək səviyyədə ünsiyyət bacarıqları.
- Problemlərin həll edilməsi bacarığı, detallara diqqət.
- Kompüterdə sərbəst şəkildə işləmə bacarığı.
- Rus dili biliyi.
Müraciət etmək istəyənlər CV-ni hr@pashapay.az yönləndirə bilər.