Təsvir
PAŞA Bank Yay Təcrübə Proqramı 2024 nədir?
- Bank sektorunda o cümlədən, maliyyə, marketinq, insan resursları, komplayns, hüquq, data, “agile” idarəetmə, rəqəmsal mühəndislik sahələrində təcrübə əldə etmək imkanı;
- PAŞA Bank mütəxəssisləri tərəfindən keçiriləcək 3 aylıq təlim sessiyaları;
- Korporativ iş mühiti, şəbəkələşmə imkanları, peşəkar inkişaf, karyera məsləhətləri və mentorluq;
- Təcrübə proqramında yüksək nəticə göstərən iştirakçılar üçün sertifikatlar və “PAŞA Bank”da işlə təmin olunma şansı
Tələblər
Sizdən nə tələb olunur?
- Xarici dillər: Azərbaycan dili, İngilis Dili (orta səviyyə), Rus dili (üstünlük verilir)
- Kompüter bilikləri: Microsoft Office Proqramları (Word, Excel, PowerPoint) üzrə biliklər
Başqa Tələblər:
- Ali təhsil: Sonuncu kurs tələbələri, hazırki magistr tələbələri və həmçinin 2022-2023- cü illərin bakalavr məzunları;
- Göstərici: Minimum 75% ÜOMG (üstünlükdür);
- Soft bacarıqlar: Yüksək kommunikasiya bacarığı, komanda işi, motivasiya, analitik bacarıqlar.
- Yuxarıda qeyd olunan tələblərdən əlavə IT sahəsində təhsil mütləqdir.
Son tarix: Aprel 21, 2024