Ölkənin ən qabaqcıl şirkətlərdən birində İşə qəbul üzrə mütəxəssis (Rekruter) üzrə təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə “ARPA Consulting”ın “HR Təcrübə Proqramı”na müraciət et! ARPA Consulting – müxtəlif xidmət sahələrində layihələrin dizayn və idarəolunması də daxil olmaqla, mühəndislik və məsləhət xidmətləri təklif edən, institutsional və təftiş təşkilatıdır.
Təcrübə proqramı kimlərə aiddir?
- Ali təhsil;
- 3-4-cü kurs tələbələri;
- 2023-cü illərin məzunları.
- Magistr tələbələri;
- İnsan Kapitalının idarəedilməsi (HR) və ya İşə qəbul üzrə mütəxəssis (Rekruter) stajçı rolu kimi təcrübə üstünlükdür;
- Azərbaycan və ya rus dillərində səlis yazı və danışıq qabiliyyəti, ingilis dili üstünlükdür;
- Ünsiyyət və təşkilatçılıq bacarığı.
- Ətraflı düşünmək bacarığı
- MS Office (Excel, Word, PowerPoint və s.) ilə iş təcrübəsi;
Təcrübə proqramı sizə nə qazandıracaq?
- Real iş mühiti ilə tanışlıq;
- İşə qəbul üzrə mütəxəssis (Rekruter) üzrə bütün sahələri ilə iş təcrübəsi;
- Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı;
- İşə qəbul üzrə mütəxəssis (Rekruter) sahəsində peşakar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı;
- Təcrübə proqramında iştiraka dair Sertifikat və potensial İş təklifi
İş haqqında məlumat:
- İnsan Resursları və kadr kargüzarlığı məsələləri ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsi;
- Müsahibələrə hazırlıq və onların təşkili
- Rəhbərliyə namizədlər haqqında tövsiyələr vermək və ən uyğun namizədin seçilməsində dəstək
- İş təklifinin hazırlanması və təqdim edilməsi
- Müsahibənin nəticələri barədə namizədlərin vaxtında məlumatlandırılması (elektron bildiriş)
- Kadrların axtarışı üçün resursların müəyyən edilməsi. Bunlar internet resursları, əmək yarmarkaları, Universitetlərdə görüşlər, namizədlərin mövcud məlumat bazasından istifadə
- Elektron platforma əsasında namizədlərin məlumat bazasının yaradılması və məlumatların mütəmadi olaraq yenilənməsi
- Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək.
İş Qrafiki:
- 5 günlük iş həftəsi
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi info@arpa.az elektron poçtuna göndərə bilər. Email-in mövzu hissəsində “İnsan Resursları üzrə Təcrübəçi” qeyd etməyiniz xahiş olunur.