“GESCO” ASC tərəfindən təşkil olunan “Yay təcrübə” proqramına özünü İnsan Resursları sahəsində inkişaf etdirmək istəyən fəal, motivasiyalı gəncləri müraciət etməyə dəvət edirik. Siz bu təcrübə proqramında iştirak etməklə nəzəri biliklərinizi praktikada tətbiq edərək müvəffəqiyyətli karyeranızın ilk addımını ata bilərsiniz.
Namizədə tələblər:
- 4-cü kurs bakalavr və magistr tələbələri və ya 2022-2023-cü il məzunları olmalı;
- Komputer biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı, 1C biliyi üstünlükdür;
- Dil biliyi: Azərbaycan dili yüksək, Rus dili və ingilis dili ünsiyyət səviyyəsində;
- İR sahəsi üzrə təlim və seminarlarda iştirakla bağlı sertifikatlar üstünlükdür;
2 ay müddətində davam edəcək təcrübə proqramını müvəffəqiyyətlə başa vuran şəxslər sonda sertifikatla təltif olunacaq.
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, ”Çinar Park” Biznes Mərkəzi
Müraciət etmək istəyən və tələblərə uyğun namizədlər CV-lərini “İnsan Resursları üzrə təcrübəçi” başlığı ilə 31.05.2024-cü il tarixinədək cv@gesco.az mail ünvanına göndərə bilər.