“Yay təcrübə proqramı”na start verilir
“CRYSTAL GROUP OF COMPANİES” tərəfindən “Yay təcrübə proqramı”na start verilir. Proqram ali təhsil müəssisələrinin bakalavriat (4-cü kurs) və magistratura səviyyələri üzrə təhsil alan tələbələr, həmçinin 2022-2023-cü tədris ili üzrə təhsilini tamamlamış məzunlar üçün nəzərdə tutulub. Təcrübə proqramının iştirakçıları bu müddət ərzində nəzəri biliklərini praktikada tətbiq etmək və insan resursları (HR) üzrə təcrübə əldə etmək imkanı qazanacaq. Proqramı uğurla başa vuran şəxslərə sertifikat təqdim olunacaq uğurlu namizədlər işlə təmin olun acaq.
Təcrubə müddəti 3 aydır.
Namizədlərə dair tələblər:
- Yüksək səviyyədə Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi isə üstünlükdür);
- Ofis proqramlarında işləmək bacarığı;
- Analitik düşünmək bacarığı;
- Səlis özünüifadə bacarığı;
- Fərdi və komanda ilə işləmək bacarığı;
- Öyrənməyə və inkişafa yüksək həvəs və təşəbbüskarlıq.
İş qrafiki:
- Bazar ertəsi – cümə günü, saat: 08:00-17:00.
Proqram çərçivəsində iştirakçılar:
- Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqları inkişaf etdirmək imkanı;
- Real iş mühitində təcrübə və tapşırıqlar əsasında praktik vərdişlər əldə etmək fürsəti;
- Şəxsi karyera inkişafında menecer dəstəyi;
- “CRYSTAL GROUP OF COMPANİES” kollektivinin üzvü olmaq imkanı əldə edəcəklər.
Müraciət etmək istəyən və tələblərə uyğun namizədlər CV-lərini “İnsan resursları üzrə təcrübəçi” başlığı ilə 31.05.2024-cü il tarixinədək gunel.b@crystalgroup.az mail ünvanına göndərə bilərlər.
Müraciətlər tələblər əsasında dəyərləndiriləcək və yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 31.05.2024