Hazırda şirkətimizə Logistika üzrə Köməkçi tələb olunur.
Iş yeri: Qaradağda yerləşən Zavod Ofisi.
Tələblər:
- İqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil
- Əlaqədar sahə üzrə 1 il iş təcrübəsi
- Ən azı orta səviyyədə İngilis dili biliyi
- MS Office komputer proqramı üzrə bacarıqlar
- SAP üzrə istifadə bacarıqları arzu olunandır
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Bütövlük
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Komanda işi
Vəzifə və Öhdəliklər:
- Nəqliyyat şirkətlərinin qarajlarının (qurğular, avadanlıq, sürücülər) yoxlanması
- GPS hesabatlarının hazırlanması
- Çatdırılmanın logistika planına uyğunluğunun monitorinqi (məhsulun növünün, miqdarın və çatdırılma ünvanının dəqiqliyi)
- Proqramlardan düzgün istifadə olunmasında dispetçerlərə dəstək vermək
- Çatdırılmanın vaxtında, sifarişçilərin spesifikasiya və tələblərinə uyğun həyata keçirilməsinin monitorinqi
- Logistika üzrə məlumatların təhlili, hesabatların və proqnozların tərtib edilməsi
- Lazımi hallarda dispetçerin əvəz edilməsi
- Gömrükləmə əməliyyatının aparılmasına dəstək
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 18.07.22