Yeni məzunlar üçün – İnsan Resursları Şöbəmiz təcrübə proqramı elan edir (HR köməkçisi).
Təcrübə müddəti ödənişsiz və 3 aylıqdır (nəqliyyat xərcləri qarşılanır).
Tələblər:
- Ali təhsil,
- İngilis və ya rus dilində ünsiyyət bacarığı,
- Təşəbbüskarlıq, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik.
İşin təsviri:
- Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət;
- İş elanlarının hazırlanması, müsahibələrin təşkil olunması, namizədlərin qəbulu.
İş rejimi:
- 5 gün saat 09:00-18:00,
- Nahar təmin edilir,
- Korporativ nömrə,
Ünvan: Ziya Bünyadov 13.
Qeyd: Təcrübə müddətini uğurla tamamlayan namizədə iş təklifi ediləcək.
Müraciət etmək istəyən namizədlər cv formalarını hr@bashakgroup.az elektron poçt ünvanına göndərə bilərlər.