Ofis işləri üzrə Köməkçi tələb olunur.
İş yeri: Şəhər ofisi
Tələblər:
- Ali bakalavr təhsili
- Əlaqədar sahədə 1-2 il iş təcrübəsi
- İngilis dilinin orta səviyyədə biliyi
- MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı
Əsas vəzifə və öhdəliklər:
- Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir
- Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır
- Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması
- Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi
- Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi
- Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 05.08.22