Təsvir
Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” Onlayn Satış Şöbəsində Təcrübə Proqramı açıq elan edir.
Təcrübəçilər Bankın Pərakəndə Bankçılıq Departamentinin Onlayn Satış Şöbəsində çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlara yiyələnmək şansı əldə edəcəklər.
Tələblər
“AccessBank”ın Təcrübə Proqramı Ali təhsil müəssisələrinin Bakalavr dərəcəsi üzrə Ⅲ və Ⅳ kurs tələbələri üçün nəzərdə tutulub. Ödənişsiz baş tutacaq təcrübə proqramına qatılmaq üçün seçilmiş tələbələr müsahibə mərhələsindən uğurla keçməlidirlər.
Seçimdə iştirak hüququnu əldə etmək üçün CV-müraciət formasında təcrübə qazanmaq istədiyiniz istiqaməti göstərməklə, qeydiyyatdan keçə bilərsiniz.