“ArchiCO” şirkəti “Planlama üzrə təcrübəçi mühəndis” vakansiyası üzrə işçi axtarışındadır.
Müvafiq sahədə təcrübəsi olan mütəxəssislərdən CV-lərini “Planlama üzrə təcrübəçi mühəndis” başlığı ilə hr@archico.az ünvanına göndərmələrini xahiş edirik.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi, istehsalat mühəndisliyi, iqtisadiyyat, idarəetmə sahələri üzrə);
- MS Office; AutoCad, internet, PrimaVera proqramlarında işləmə bacarığı;
- İngilis (yaxşı səviyyə) və rus (yaxşı səviyyə) dili biliklərinin olması.
- Ezamiyyələrə hazır olması.
Vəzifə öhdəlikləri:
- Layihə planının Primavera proqraminda hazırlanması (iş qtafiki, resurslar, xərclərin tədbiq edilməsi ilə)
- Yerinə yetirilən işlərin gündəlik qeydiyyata alınması və proqresin göstərilməsi
- Həftəlik və aylıq hesabatların layihə rəhbərinə təqdim edilməsi
- Müddət və xərclər üzrə kənara çıxmaların müəyyən edilməsi, analizi
- Kənaraçıxmaların layihə rəhbəri və mühəndislərlə müzakirəsi, preventiv tədbirlərin həyata keçirilməsi
- Suppodratçılar tərəfindən aparılan işlərin analizi, plan üzrə görülməsinə nəzarət