ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!
Bankımız Bakı və Sumqayıt şəhərləri üzrə “ABB Rəqəmsal Maarifləndirmə” təcrübə proqramını davam etdirir!
Həmişə özündən söz açan layihələr təqdim edən və ictimaiyyət üçün daim bütün gücünü səfərbər edən Bankımız iqtisadi sahələr üzrə ali təhsil alan tələbələri, həmçinin ali təhsilini yenicə bitirmiş məzunları təcrübə proqramında iştirak etməyə dəvət edir.
Namizədlər aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:
- Çevik
- Təşəbbüskar
- Həvəsli
- İşgüzar
- Gülərüz
- Məsuliyyətli
- Ünsiyyətcil
“ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi, əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşma, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az saytında qeydiyyatdan keçərək “Təcrübə proqramları” bölməsində müvafiq təcrübə proqramına müraciət edə bilərlər.