AFB Bank Pərakəndə kreditlər və onlayn satış sahəsi üzrə təcrübəçilər axtarışındadır!
Siz də bank sektorunda müştərilərlə birbaşa çalışaraq nəzəri və praktiki biliklər qazanmaq istəyirsinizsə bu layihə Sizin üçündür !
Təcrübə proqramına kimlər müraciət edə bilər?
- Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
- Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.
Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.
- Ali təhsil;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus dili biliyi üstünlükdür;
- Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma.
Müraciət etmək üçün CV-lərinizi mövzu sətrində “Pərakəndə kreditlər və onlayn satış üzrə təcrübəçi” qeyd edərək cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.