“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Yay təcrübə proqramına” start verir
Təcrübə proqramının keçirilməsində məqsəd gənclərin maarifləndirilməsi, vaxtlarının səmərəli keçirilməsi və praktiki bacarıqların artırılmasıdır.
Layihə müddətində iştirakçılar üçün mütəxəssislər tərəfindən müxtəlif istiqamətlər üzrə təlimlər təşkil olunacaq:
- Karyera planlaması
- PR strategiyası
- Stressin idarə olunması
- Vaxtın idarə olunması
- İnsan Resurslarının idarəedilməsi
- İşgüzar etiket və protokol qaydaları
- Effektiv təqdimat bacarıqları
- Liderlik bacarıqları
- Layihələrin İdarəedilməsi
İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə nəzəri hissədən əlavə müxtəlif şəxsi inkişaf təlimləri, işgüzar səfərlər, görüşlər, HR, PR və PM üzrə praktiki tapşırıqların təşkili nəzərdə tutulur.
Layihədə iştirak üçün qeydiyyat linki:
Son müraciət tarixi: 20.07.2022