ARTİ ali məktəbin son kursunda təhsil alan bakalavr və magistr tələbələrini, yeni məzunları öyrənməyə, təcrübə qazanmağa, eləcə də təhsil sahəsində işləməyə marağı olan gəncləri avqust ayından təcrübə keçməyə dəvət edir!
Namizədə aid tələblər:
- Ali təhsil;
- MS Office proqramları üzrə bacarıqlar;
- Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Tədqiqat, tənqidi düşüncə və analitik düşünmə bacarıqları;
- Təşkilatçılıq bacarıqları;
- Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;
- Təhsil sahəsinə maraq;
- Təşəbbüskarlıq və innovativlik.
Müsahibə nəticəsində seçilən təcrübəçi 3-6 ay müddətinə keçiriləcək təcrübə proqramı çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsində iştirak edəcək:
- İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;
- Tədqiqat və innovasiyalar ilə bağlı təlimlərin/konfransların təşkil olunması;
- Təhsil tədqiqatlarının aparılması;
- Təhsil problemlərinə innovativ həll yollarının tapılmasında dəstək;
- Biznes planın/modelin hazırlanması və layihə məhsullarının kommersiyalaşdırılmasında iştirak;
- Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasında dəstək;
- Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.
Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən öz CV və motivasiya məktublarını ingilis və ya Azərbaycan dilində 14 avqust 2022-ci il tarixinədək “Təcrübə proqramı” başlığı (subject) ilə innovations@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd edək ki, yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq