Azərbaycan Menecment və İnvestisiya Korporasiyası bu dəfə işinin peşəkarı olmaq istəyən və bu istiqamətdə böyük təcrübəyə sahib olmağı qarşısına məqsəd qoyan gəncləri axtarır!
Siz də gənc, dinamik, hər gün inkişaf edən komandanın bir hissəsi olmaq istəyirsinizsə, o zaman komandamıza dəvətlisiniz.
Elan etdiyimiz təcrübə proqramı üçün müraciət edə biləcəyiniz istiqamətlər:
- Layihələrin Təşkili və İdarəedilməsi ;
- İctimaiyyətlə Əlaqələr (PR) ;
- İnsan Resursları (HR) ;
- Təchizat və satınalmalar;
- Mühasibatlıq.
Təcrübə proqramına qatılmaq üçün tələb olunan əsas meyarlar:
- 17-25 yaş aralığında olmalı;
- İşində yüksək motivasiyalı olmalı;
- Təşəbbüskar və məsuliyyətli olmalı;
- Komanda ilə işləmə bacarığı olmalı;
- Stressə davamlı olmalı;
- Gələcək karyera planlama istiqaməti təcrübə proqramının istiqamətləri ilə üst-üstə düşməli;
3 ay davam edəcək təcrübə proqramının sonunda iştirakçılar sertifikat və digər lazımi sənədlərlə təltif olunacaqlar.
Real iş mühitində təcrübə keçmək, nəzəri biliklərinin praktikada tətbiqini görmək və korporativ iş mühiti ilə tanış olmaq istəyirsinizsə, bu sizin üçün əsl şans olacaqdır.
Müraciət etmək istəyən şəxslər aşağıda qeyd edilən link vasitəsilə 25 yanvar saat 18:00-a qədər onlayn qaydada müraciət edə bilərlər. Növbəti mərhələ isə müsahibə mərhələsi olacaq.
Qeydiyyat linki: Keçid et