Təcrübəçi
Azərbaycan Sənaye Bankı
Müddət: 2023-06-27 – 2023-07-27
Şəhər: Bakı
İş haqqında məlumat:
• Ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək;
• Bütün əməliyyatları bank proqramı vasitəsi ilə icra etmək;
• Komissiyanı müştərinin hesabından bankın müvafiq gəlir hesabına silmək;
• Cəlb edilmiş hüquqi, fərdi sahibkar, fiziki şəxs hesablarını(müştəri(kontakt) nömrəsini), müvəqqəti və sairə hesabları bank sistemində açmaq və qanunvericilikdə göstərilən sənədləri almaq və sistemə əksiksiz yükləmək;
• Göstərilmiş xidmətlərə görə faizləri və komisiyaları təyinatı üzrə tutmaq(sistemdə giriş etmək);
• Hesablararası bank daxili köçürmələri bank proqramında yığmaq, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
• Müştərilərin bank hesabları üzrə(hesab olmadan aparılan əməliyyatlar daxil) nağd və qeyri-nağd mədaxil və məxaric əməliyyatlarını aparmaq;
• Müştərilərin müraciəti əsasında Miqrasiya və səfirliklərə(diplomatik nümayəndəlik və konsulluqlara) təqdim edilmək üçün məktubları hazırlamaq, komissiyaları almaq və bank daxili qaydalara əsasən məktubda qeyd edilən hesaba blokun qoyulmasını təmin etmək;
• Müştərilərin plastik kart sifarişlərini qəbul etmək, kredit kartları üzrə kredit xəttinin açılması üçün həmin sifarişləri müvafiq struktur bölmələrə təqdim etmək, sifarişi sistemə daxil etmək, plastik kartların pin zərflərin bağlı formada aktlar əsasında müvafiq strukturdan təhvil almaq və müştərilərə təhvil vermək;
• Qeyri-nağd konvertasiya əməliyyatlarını icra etmək(bu əməliyyatlar üzrə müştərilər tərəfindən təqdim edilərn sənədləri yoxlamaq, bank proqramına daxil etmək, əməliyyatlar üzrə bütün növ komissiyaları almaq, məzənnə və limitlərin doğru olmasına diqqət yetirmək;
• Bankın bütün məhsullarını tanımalı və ona edilən birbaşa və ya zənglər vasitəsilə bu məhsullar barədə müştəriləri məlumatlandırmalı;
Tələblər:
• Ali İqtisadi olmalı;
• Microsoft office bilikləri olmalı;
• Məntiqi və analitik düşünmə tərzi olmalı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ ASB Dərnəgül filialı – Təcrübəçi ” qeyd etməyiniz xahiş olunur.