Təcrübəçi / Təhlükəsizlik departamenti / Biznesin Davamlılığın İdarəedilməsi bölümü
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsində təcrübə keçməyə dəvət edirik:
Telekommunikasiya komandamızın üzvləri ilə birgə individuallığınızı, bacarıq və qabliyyətlərinizi nümayiş etdirmək, əvəzsiz təcrübə qazanmaq fürsətini qaçırmayın!
Biz nə təklif edirik:
- İşdə Təlim (on-the-job training) və öyrənmə imkanları
- Korporativ mühitdə praktiki təcrübə qazanmaq şansı
- Hibrid iş rejimi / çevik cədvəl
- Kompensasiya mövcuddur
- Texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı
- Təcrübə müddətində mentor tərəfindən professional dəstək və lazımi avadanlıqlarla təmin olunma
- Nahar şirkət tərəfindən təmin edilir
- İş ilə təmin olunma şansı
İş qrafiki:
- Hibrid iş rejimi ilə: Bazar ertəsi – Cümə, tələbələr üçün çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis – Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Təcrübə müddəti: 3 ay (müddət uzadıla bilər)
Təcrübəçinin əsas öhdəlikləri:
- Biznesin Davamlılığın İdarə Edilməsi prosesini davamlı olaraq təkmilləşdirməsində və idarə edilməsində dəstək.
- Risklərin idarə edilməsi, Biznes Təsir Analizi və Risklərin Dəyərləndirilməsi proseslərinin həyata keçirilməsində dəstək və bu proseslər üzərində qurulacaq sistemi daim olaraq nəzarətdə saxlanılmasına və yenilənməsinə dəstək.
- Standartın tələb etdiyi müvafiq sənədləri hazırlayıb ISO 22301 sertifikasiya prosesini həyata keçirilməsində dəstək.
- Qanunvericiliyin tələblərinə və şirkətin illik Mülki Müdafiə planına uyğun olaraq şirkətdə Mülki Müdafiə işinin təşkilində dəstək.
Requirements
Tələb olunan biliklər:
- Bakalavr və ya Magistratura təhsili: İnformasiya Texnologiyaları; Kompüter Elmləri; Şəbəkə Texnologiyası; Kompüter Mühəndisliyi və ya analoji sahədə ixtisas
- Layihələrin idarə edilməsi prosesləri haqqında biliklər arzuolunandır.
- “Structured Query Language” (SQL) & “Tableu”üzrə biliklər arzuolunandır
- Microsoft Office bilikləri mütləqdir
- Şəbəkə infrastrukturunun quraşdırılması və konfiqurasiyası üzrə baza biliklər.
- Şəbəkə performansının və monitorinq məsələləri üzrə baza biliklər.
Təcrübə proqramına kimlər müraciət edə bilər:
- Təcrübə proqramına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər
- Universitetin 3-cü və ya 4-cü kurs tələbələri
- Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar (son iki il)
- Gələcək karyerasını Təhlükəsizlik sahəsində qurmaq istəyən, öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları
- Məsuliyyət, dəqiqlik və detallara diqqət
- Komandada və müstəqil şəkildə səmərəli işləmək bacarığı
- Azərbaycan dili – əla, ingilis dili – yüksək səviyyədə
Hiring process
Müraciət qaydası:
- www.azercell.jobs səhifəsinə daxil olun
- Vakansiyalar bölməsindəki təcrübə proqramını seçin;
- Vakansiya tələbləri ilə tanış olduqdan sonra “MÜRACİƏT ET” düyməsini seçin;
- Şəxsi məlumatlarınızı yerləşdirərək «CV» –nizi yükləyin.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Seçim mərhələləri:
- CV-lərin nəzərdən keçirilməsi
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Deadline for applicants: 6th August 2023 12:00 PM