Azercell Təcrübə Proqramı/Korporativ Hüquq
İş qrafiki:
Bazar ertəsi – Cümə günləri, saat 09:00 – 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
İş yeri: Tbilisi prospekti 149, AZ1122 Bakı, Azərbaycan (“Azercell Telekom” MMC, Baş ofis).
Təcrübə müddəti: 3 ay (6 aya qədər uzadıla bilər).
Təcrübə proqramı ödənişsizdir.
Requirements/Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
- Təhsil: Hüquq fakültəsinin son 2 (iki) kurs tələbələri;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Mülki/Kommersiya Hüququ üzrə bilik və marağın olması;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı.
- Əsas öhdəliklər:
- Hüquqi işlər şöbəsinə dəstək göstərmək (“Bad Debt” toplanması, hesabat və məktubların tərtibatı və s.).
- Mentorun verdiyi şifahi və yazılı göstərişlərin yerinə yetirilməsi.
- Təcrübə zamanı məsul iş sahələri ilə bağlı müvafiq hesabatların hazırlanması.
Üstünlük verilən Yetkinliklər:
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
- Nəzarət etmək qabiliyyəti;
- İşləri yüksək səviyyədə icra etmək bacarığı;
- Yekun nəticəyə yönəlmə bacarığı.
Hiring process/İşə qəbul prosesi:
- CV-lərin təhlil edilməsi
- İxtisas üzrə müvafiq yazılı tapşırıqlar/testlər
- Yetkinliklərə əsaslanan (HR) / Hüquq bilikləri üzrə Müsahibəsi
Deadline for applicants: 7th August 2023 12:00 PM