“Besting” MMC – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!
“Besting” MMC 18 – 25 yaş aralığında tələbələri, yaxud ali təhsilini yeni bitirmiş gəncləri “Rəqəmsal maarifləndirmə” proqramında iştiraka dəvət edir. Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:
- Çeviklik
- Təşəbbüskarlıq
- Həvəslilik
- İşgüzarlıq
- Gülərüzlük
- Məsuliyyətlilik
- Ünsiyyətcillik
“Rəqəmsal maarifləndirmə” təcrübə proqramının məqsədi 3 ay müddətində gənclərin fərdi inkişafına nail olmaq, asudə vaxtlarının səmərəli təşkilində onlara kömək göstərmək, əmək vərdişlərinin inkişafına, gələcək karyera imkanlarının artırılmasına, qanunvericilik üzrə vacib bilikləri mənimsəmələrinə, liderlik bacarıqları qazanmalarına, sosiallaşmalarına, komanda işini öyrənmələrinə imkan yaratmaqdır.
Proqramın əhatə etdiyi sahələr:
- İnsan Resursları
- Mühasibatlıq
- Təchizat
- Marketinq
- ARGE ( qida texnologiyaları)
Göstərilən tələblərə cavab verən namizədlər hr@besting.az mail ünvanına cv formalarını yönəldə bilər.