Ümumi məlumat
Kapital Bank öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün yaratdığı BirCode Camp İT Təcrübə proqramının 6-ci nəsil developerlərin yetişdirilməsinə start verdi!
Öhdəliklər
Proqram sizə nələr qazandıracaq:
- Yüksək səviyyəli Developerlərlə ünsiyyətdə olmaq və onlardan öyrənmə
 - Ölkənin İlk rəqamsal bankında İT biliklərə yiyələnmək;
 - Fürsət və yeniliklər dolu bir mühitdə işləmək imkanı;
 - Güclü və böyük komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
 - Təcrübə sonrası bankda rəsmi işə başlama imkanı;
 
Proqrama kimlər müraciət edə bilər:
- İT məzunlar/tələbələr, İT sahəsində daha öncə təcrübələrdə iştirak edənlər, başlanğıc və bir üst biliklərə sahib olanlar;
 - Motivasiyası yüksək olanlar, yeniliklərə açıq və dinamikanı sevənlər.
 
Tələblər
- Data struktur və alqoritm üzrə ilkin biliklər;
 - Java SE və ya C# üzrə ilkin biliklər;
 - SQL üzrə biliklər üstünlükdür.
 


                                
                             
		
		
		
		