Bizimlə möhtəşəm karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız? Təcrübə proqramının tərkib hissəsi kimi sizə bu imkanı yaradırıq. Bu fürsəti əldən verməyin və proqram üçün müraciət edin. Proqramla bağlı tələblərlə tanış olun
İlk addım kimi karyera üçün bizim şirkətdə keçəcəyiniz təcrübə proqramından yaxşı nə ola bilər? Siz hiss edilən faydalar və ölçülə bilən nəticələr verən real layihələr üzərində işləyəcəksiniz. Bununla yanaşı, qarşılaşdığımız ən vacib çətinliklərdən bəziləri haqqında öyrənmək və onların həllinə kömək etmək imkanınız olacaq.
Bu nədir?
Tələbələr üçün yay təcrübə proqramı bp şirkətində yay tətili zamanı 10 həftəlik çalışmaq imkanıdır. Təcrübəniz müddətində siz rəqabətə davamlı əmək haqqı alacaq, əsl komanda işi ilə tanış olacaq və ən son avadanlıq və texnologiyalardan istifadə etməklə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə və əməliyyatlarda iştirak edecəksiniz. Karyera təşəbbüslərinizi üzə çıxarmaq və müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı qazanacaqsınız.
Bu necə baş verir?
Təcrübənizin başlanğıcında biz sizin təcrübə zamanı inkişaf etdirə biləcəyiniz bacarıqları müzakirə edəcək və sizi proqram boyu inkişafınızı qiymətləndirməyə həvəsləndirəcəyik. Bütün təcrübə keçənlərə menecerlər yardım edəcəkdir. Onlar sizinlə birlikdə işin məqsədlərini müəyyən edəcək və bu məqsədlərə nail olmaq üçün sizə lazımi dəstəyi göstərəcək, avadanlıqlarla təmin edəcəkdir.
Təcrübənizdən maksimum dərəcədə istifadə etmək üçün təfsilatlı və mərkəzləşdirilmiş qiymətləndirmə prosesi çox vacibdir. Meneceriniz sizin inkişafınıza nəzarət edəcək, bütün təcrübə boyu və əsasən də proqram müddətinin ortasında aparılan qiymətləndirmə zamanı bu barədə sizinlə müzakirə aparacaq. Bu sizə təcrübə zamanı hansı nəticələrə nail olmağınızı görməyə və təcrübənin tamamlanmasına qədər əlavə hansı bilik və bacarıqlara ehtiyacınız olduğunu müəyyən etməyə yardım edir.
Bundan əlavə, təcrübə zamanı bp şirkəti daxilində əməkdaşlarla əlaqə qurmağa köməklik göstərən, irəliləyişlərinizi müzakirə edən və yaranan hər bir sualınıza cavab verə biləcək bir iş yoldaşı təyin olunacaq.
Kim ərizə verə bilər?
Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2024-cü ildə bitirən bütün tələbələr 2023-ci il təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər.
Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu proqramda iştirak edə bilərdilər.
Necə ərizə verilməli?
bp Azərbaycanın 2023-cü il üzrə təcrübə proqramına ərizə qəbulu başlayıb. Ərizələrin qəbulu üçün son tarix: 15 dekabr, 2022-ci il, saat 23:00.
Təcrübə proqramına ərizə vermək üçün keçid
Seçim prosesi haqqında ətraflı məlumatı saytımızın “Seçim prosesi” bölməsindən əldə edə bilərsiniz. Hər hansı əlavə məlumat üçün grads&interns@bp.com elektron poçt vasitəsi ilə müraciət edə bilərsiniz.
______________________________________________________________________________________________
Sənayemiz böyük vüsətlə hərəkət edir. İşçilərimizə də texnologiyalarımıza qoyduğumuz qədər sərmayələr yatırtmaqla, biz ən son innovasiyalarımızla ön sıralarda qalmağa davam edirik. Əslində, sizin kimi müstəsna, yeni biliklərə maraq göstərən, iddialı, elmli və savadlı məzunlara biz hər il milyonlarla dollar xərcləməkdən və onun bəhrəsini görməkdən məmnunluq duyuruq.. Şirkətimizin hansı bölməsinə qoşulmağınızdan asılı olmayaraq – bu biznes, mühəndislik və ya elm sahəsi ola bilər – siz öz biznesini və karyeranızı inkişaf etdirmək öhdəliyini üzərinə götürmüş şirkətin bir hissəsi olacaqsınız.
bp şirkəti karbohidrogenlərin kəşfiyyatı, işlənilməsi və emalı sahəsində korporativ və funksiyalar bölmələrində məzunlar üçün imkanlar təklif edir.
Karyera inkişafı bp-də erkən başlayır. Praktiki təcrübə ilə formal təlimi birləşdirməklə, bu kimi proqramların əsas məqsədi sizə biznesə əsaslı töhfəni tez və effektiv şəkildə həyata keçirimək imkanı yaratmaqdır.
Kim ərizə verə bilər?
2021, 2022, 2023-cü illərin məzunları “2023-cü il məzunların işə qəbul proqramı” üçün ərizələrini təqdim edə bilərlər.
Qeyd: Bu proqramda yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Necə ərizə verilməli?
bp Azərbaycanın 2023-cü il üzrə məzunların işə qəbul proqramına ərizə qəbulu başlayıb. Ərizələrin qəbulu üçün son tarix: 15 dekabr, 2022-ci il, saat 23:00.
Seçim prosesi haqqında ətraflı məlumatı saytımızın “Seçim prosesi” bölməsindən əldə edə bilərsiniz. Hər hansı əlavə məlumat üçün grads&interns@bp.com elektron poçt vasitəsi ilə müraciət edə bilərsiniz.
Məzun proqramına ərizə vermək üçün keçid
Hansı ixtisasın sizə uyğun gəldiyini öyrənmək üçün “İxtisas uyğunluğu” sənədini yoxlayın.