Vəzifə: Əməliyyatlar üzrə təcrübəçi (Maliyyə departamenti)
Təsnifatı: Əməliyyatlar üzrə menecerə hesabat verir. Ödənişlərin, maliyyə əməliyyatlarının vaxtında həyata keçirilməsini təmin edir.
Vəzifə öhdəlikləri:
- Daxili və xarici ödənişlər üzrə sənədləri yoxlayıb, internet bankçılıq vasitəsilə ödənişləri icra etmək;
- E-taxes.gov.az portalında ƏDV depozit ödənişlərini icra etmək, e-qaimələri tərtib etmək, daxil olmuş e-qaimələri yoxlamaq;
- Daxil olan müqavilələri qəbul edib,qeydiyyatını aparmaq;
- ERP sistemdə daxili və xarici ezamiyyələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qaydaları və normalarına uyğun hesablanmasını, ödənilməsini həyata keçirmək;
- Ezamiyyə hesabatlarını tələb olunan qaydalara uyğun hazırlamaq və əməliyyatlar üzrə menecerə təqdim etmək;
- Biznes kart ilə aparılmış əməliyyatlar üzrə toplanmış sənədlərin qeydiyyatını aparmaq və hesabat hazırlamaq;
- Vergi orqanlarına hesabatların hazırlanmasında iştirak etmək;
- Büdcə proqnozun hazırlanmasında iştirak etmək;
- Kreditorlar ilə üzləşmə aparmaq.
- Məxfiliyin qorunmasının təmin edilməsi.
Tələblər:
- Mühasibat uçotu, audit, maliyyə və ya iqtisadiyyət sahəsində ali təhsil;
- Microsoft Office bilikləri və ERP sistemində işləmək bacarıqı;
- Vergi Məcəlləsi haqqında biliyə sahib olmaq;
- Ezamiyyə qaydaları və normaları haqqında biliyə sahib olmaq
Bilik və bacarıqlar:
- Riyazi biliklər və analitik düşüncə;
- Geniş araşdırma aparmaq və müxtəlif növ məlumatları təhlil etmək bacarığı;
- Peşəkar inkişafa meylilik;
- Komandada işləmək bacarığı;
Şirkət haqqında: İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələrini əks etdirməyə yönəlmiş doğru məzmunlu informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.
Maliyyə sahəsində təcrübə əldə etmək istəyirsinizsə, Sizi komandamıza qoşulmağa dəvət edirik. Beləliklə CV-nizi cv@itv.az ünvanına başlıq hissəsində “Əməliyyatlar üzrə təcrübəçi” qeyd etməklə ünvanlaya bilərsiniz.