Əsas Şəbəkə üzrə Təcrübəçi
Funksiya: İnformasiya Texnologiyaları və Əsas Şəbəkə İdarəsi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 15.03.2024
Əsas Şəbəkə üzrə Təcrübəçi olaraq Sizin vəzifə öhdəlikləriniz:
- Əsas Şəbəkə və ya abunəçi tərəfindən yaranan hər hansı problemlərin qeydiyyatına, araşdırılmasına, bu haqda məlumat verilməsinə cavabdeh olmaq;
- Şəbəkədən maksimal şəkildə istifadə və müştəri məmnuniyyəti üçün bütün planlaşdırılmış işlərə yardım etmək və dəstək olmaq;
- Şəbəkədə baş verən mühüm məsələlərlə bağlı məlumatlı olmaq, onları araşdırmaq, eskalasiya etmək və yeniləmək;
- Narazılıq haqqında bildirişlərin emalı və həll edilməsinə köməklik göstərmək;
- Əsas keyfiyyət və performans göstəricilərinə və həyəcan siqnallarına nəzarət etmək;
- Əsas Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;
- Müvafiq təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların riayət olunmasına nəzarət etmək.
Vəzifənin tələbləri:
- Telekommunikasiya və ya informasiya texnologiyaları üzrə ali təhsil;
- Mobil şəbəkə sahəsində təcrübə;
- Telekommunikasiya, IT sahəsində oxumaq və araşdırmaq bacarığına sahib olmaq;
- Azərbaycan dili – əla, Rus və İngilis dilləri – orta;
- İşçilərlə mehriban münasibət, müstəqil və komandada çalışmaq qabiliyyəti;
- Yaxşı ünsiyyət qurmaq və təşkilatçılıq bacarıqları;
- Problemi həll etmək və qərar qəbul etmək bacarıqları;
- Etibarlı olmaq və özünü idarə etməyi bacarmaq;
- Təzyiq altında işləmək bacarığı;
- Yüksək motivasiya, müstəqil inkişaf və sərbəst öyrənmə.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.