LU-MUN Holding “Gənc istedadlara dəstək!” təcrübə proqramını elan edir
Özgüvənli, motivasiyalı, öyrənməyə açıq, istedadlı gəncləri təcrübə proqramına müraciət etməklə Korporativ Sosial Məsuliyyət sahəsində təcrübi biliklər qazanmağa dəvət edirik!
Təcrübə proqramı ödənişli əsaslarla (minimum əmək haqqı miqdarında) 3 ay nəzərdə tutulmuşdur.
Əldə ediləcək təcrübi bacarıqlar:
- Təhsil, ətraf mühit, icma quruculuğu və bir çox digər istiqamətlər üzrə KSM proqramlarının hazırlanması və fəaliyyətlərinin planlaşdırılması;
- KSM ilə əlaqədar əsas paydaşların (Cəmiyyət, media, hökümət, müştərilər və s.) ehtiyaclarının araşdırılması, təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
- Müxtəlif KSM layihələrinin təşəbbüsü və icra edilməsi, bu istiqamətdə tərəfdaşlarla müvafiq işlərin aparılması, koordinasiyanın təşkil edilməsi;
- KSM layihələrinin A-dan Z-yə planlaşdırılması, büdcələnməsi, icra edilməsi, hesabatın təqdim edilməsi üzrə biliklər;
- İllik KSM büdcəsinin hazırlanması, xərclərə nəzarət edilməsi, büdcənin effektiv idarə edilməsi;
- KSM layihələri çərçivəsində müxtəlif tədbirlərin (konfrans, seminar, təlim və s.) təşkil olunması;
- KSM layihələrinin işıqlandırılması ilə əlaqədar olaraq PR və Marketinq materiallarının hazırlanması;
- Periodik KSM fəaliyyət hesabatlarının hazırlanması;
Tələblər:
- Sosial iş, İctimaiyyətlə əlaqələr, korporativ ünsiyət sahəsi üzrə təhsil alan tələbələr və ya məzunlar
- Cəmiyyətdə müsbət dəyişiklik yaratmağa böyük həvəsi olan,
- Azərbaycan və İngilis dillərində səlis danışma və yazı qabiliyyəti (Rus dilini bilən namizədlərə üstünlük veriləcək);
- Yaradıcı yanaşma, innovativ ideyalara malik olan, yenilikçi, daim öyrənməyə və inkişafa meylli olan;
- “Microsoft Office” Proqramları ilə işləmə qabiliyyəti;
Iş saatı : 09:00-dan 18:00-dək (tələbələr üçün natamam iş vaxtı -təyin ediləcəkdir)
İstirahət günləri: şənbə və bazar
Təcrübə müddəti: 3 ay
Müraciət etmək istəyən namizədlər CV-lərini və motivasiya məktublarını “KSM üzə təcrübəçi” başlığı altında 27.01.2023-cü il tarixinədək hr@lmh.az e-mail ünvanına göndərə bilərlər