GİKM nümayəndəliyində “Gənc kadr 3” təcrübə proqramına start verilir!
Əziz gənc, əgər sən də iş həyatında öz yerini tutmaq, gənclərlə iş sahəsində təcrübə qazanmaq istəyirsənsə, bu elan sənin üçündür!
14-29 yaşarası şəxslər 4 istiqamət üzrə:
- İctimaiyyətlə əlaqələr və sosial media işinin təşkili;
- Tədbirlər və layihələr işinin təşkili;
- Təlim-tədris işinin təşkili;
- Könüllülərlə işin təşkili üzrə 3 aylıq proqramına müraciət edə bilərlər.
Marağın olan sahə üzrə təcrübə proqramına müraciət etməklə sən:
- Nümayəndəliklərdə çalışan mütəxəssislərimiz tərəfindən işin dərinliklərini öyrənəcək;
- Mütəmadi təlim proqramlarında və layihələrdə iştirak edəcək;
- Gənclərlə daim ünsiyyətdə olub, gənclərlə iş sahəsi üzrə təcrübə qazanacaqsan.
Təcrübə proqramında iştirak üçün link: https://gikm.az/tecrube-proqramlari/
Son müraciət tarixi: 17 oktyabr
Təcrübə proqramının sonunda imtahan təşkil ediləcək və proqramı uğurla tamamlayan gənclər sertifikatla təltif ediləcək.
Sən də bizə qoşul,