Şirkət adı: Azercell
İş məlumatları:
Şəhər: Bakı
Əmək haqqı: Razılaşma yolu ilə
Kateqoriya: IT security
Məşğuliyyət: Tam iş günü
Sahə: IT & Development (Proqramlaşdırma)
İş barədə məlumat:
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz: Ölkənin lider mobil operator şirkətində iş təcrübəsiPeşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada işDavamlı karyera inkişafı imkanlarıTəlim və fərdi inkişaf proqramlarıRəqabətli əmək haqqıBonus ödənişiTibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)Korporativ telefon və nömrə ilə təmin olunmaLimitsiz Azeronline Internet PaketiƏlavə güzəşt və endirimlərİş qrafiki: Standart 5 günlük iş həftəsi09:00-18:00İş yeri: “Azercell Telekom“ MMC Baş ofis – Azercell Plaza Tbilisi prospekti, 149 Bakı, AzərbaycanŞirkətin İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin və müvafiq nəzarət mexanizmlərinin beynəlxalq standartların tələblərinə və qabaqcıl təcrübələrə uyğun qurulması və saxlanılmasına dəstək;Yeni layihələrdə informasiya təhlükəsizliyi tələblərinin nəzərə alınmasını təmin etmək məqsədilə rəylərin və həllərin verilməsi;3-cü tərəflərlə münasibətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin nəzərə alınmasının təmini, tərəfdaş və vendorların informasiya təhlükəsizliyi üzrə öhtəliklərinin müəyyən edilməsi və yoxlanılması;Daxil olan istəklər əsasında Informasiya Təhlükəsizlik qaydalarına uyğun olaraq müvafiq həllərin verilməsi;İT və İnformasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlərə dəstək;İnformasiya təhlükəsizliyinə aid normativ sənədlərin mütəmadi olaraq nəzərdən keçirilməsi, yenilənməsinə dəstək;Şöbənin fəaliyyəti çərçivəsində digər işlərin həyata keçirilməsinə dəstək.Nami̇zədə tələblər:
İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları/Kibernetika/Kompüter Elmləri ixtisaslarına üstünlük veriləcək.Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığıRus dili – yaxşı səviyyədə.İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya digər əlaqəli sahə üzrə minimum 5 illik iş təcrübəsi.İnformasiya təhlükəsizliyi sistemləri və nəzarət mexanizmləri, haqqında praktiki biliklərin olması.Windows, Linux, Unix server texnologiyaları və əməliyyat sistemləri ilə iş təcrübəsi;Firewall, switch, router və s. ümumi şəbəkə texnologiyaları, proxy xidmətləri və s. üzrə bilik və bacarıqların olması;VPN və VDI əsasında məsafədən qoşulma həlləri üzrə bilik və bacarıqların olması;Directory, Authentication və federasiya protokolları üzrə bilik və iş təcrübəsi;Şifrələmə həlləri ilə iş təcrübəsi;Layihə idarəetmə, yüksək ünsiyyət və komandada işləmək bacarıqlarıQərar vermə, analitik təhlil və yekun nəticəyə yönəlmə bacarığıİnformasiya Təhlükəsizliyi və İT proseslərə aid normativ sənədlərlə işləmək bacarığı;CCNA, CISA, CISM, CISSP, NIST, COBIT, ITIL, Comptia Security+, ISO 27001 və s kimi sertifikatları olanlara üstünlük verilir.