Şirkət adı: PASHA Holding
İş məlumatları:
Şəhər: Bakı
Əmək haqqı: Razılaşma yolu ilə
Kateqoriya: IT security
Sahə: IT & Development (Proqramlaşdırma)
İş barədə məlumat:
Korporativ Mərkəzə aid məxfi informasiyanın məxfiliyi, bütövlüyü və əlçatanlığını təmin etmək;Kiber təhdidlər və pozuntular qarşısında rəqəmsal dayanıqlığın artırılmasını və biznesin davamlılığını təmin etmək;İnformasiya sistemlərini və məlumatları icazəsiz girişdən, informasiya sızmasından qoruyan nəzarət vasitələri tətbiq etmək;Potensial təhlükəsizlik risklərini müəyyən etmək və onların aradan qaldırılması üçün tövsiyələr vermək üçün informasiya təhlükəsizliyini mütəmadi olaraq qiymətləndirmək və təhdidlərin modelləşdirilməsi üzrə təlim-məşqlər keçirmək;Təhlükəsizlik insidentlərinə, məlumatların sızması hallarına və kiberhücumlara qarşı vaxtında və effektiv cavab tədbirləri həyata keçirmək üçün insidentlərə qarşı cavab tədbirləri planlarını və prosedurlarını təmin etmək;Layihələr, məhsullar və xidmətlər ilə əlaqədar informasiya təhlükəsizliyi siyasətləri, prosedurları, təlimatları və tələblərinin hazırlanması və təmin edilməsində iştirak etmək;Müəssisənin informasiya təhlükəsizliyi barədə məlumatlılığın artırılması proqramını təmin etmək və dəstəkləmək;Mütəmadi olaraq və sorğu əsasında İnformasiya təhlükəsizliyi barədə hesabatlar təqdim etmək, Korporativ Mərkəz üzrə əsas fəaliyyət göstəricilərinin monitorinqini aparmaq;Təhlükəsizlik tələblərinin və nəzarət vasitələrinin rəqəmsal transformasiya təşəbbüslərinə və yeni texnologiyaların tətbiqinə inteqrasiyasını təmin etmək üçün biznes bölümlərinə və layihə qruplarına texniki məsləhətlər və dəstək vermək;Təhlükəsizliklə əlaqədar lazımi nəzarət vasitələrini/tədbirlərini təmin etmək üçün İT komandası, kənar xidmət təminatçıları və məsləhətçilər ilə sıx əməkdaşlıq etmək;İnformasiya təhlükəsizliyi və İT sahəsində hüquqi və normativ tələbləri anlamaq və müvafiq qaydada çatdırılmasını təmin etmək;Nami̇zədə tələblər:
İnformasiya təhlükəsizliyi, İnformatika, Kompüter elmləri, İnformasiya sistemlərinin idarə edilməsi üzrə müvafiq akademik ixtisas, ali təhsil;İnformasiya təhlükəsizliyi və İT sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi;Əməliyyat sistemləri, Microsoft AD, şəbəkələr, şəbəkə mühafizəsi sistemləri, bulud təhlükəsizliyi, məlumatların məxfiliyi, virtuallaşdırma, təhlükəsizliyə nəzarət vasitələri haqqında münasib anlayışın olması. DLP, MDM həlləri üzrə biliklərin olması əlavə üstünlük sayılır;ISO 27k seriyası, NIST CSF, COBIT, PCI DSS və s. kimi informasiya təhlükəsizliyi standartları və qaydaları haqqında anlayışın olması;İnformasiya sistemləri ilə əlaqədar konsepsiyalar, o cümlədən məntiqi və fiziki giriş təhlükəsizliyi, dəyişikliklərin idarə edilməsi, informasiya təhlükəsizliyi və məxfilik, biznesin bərpası metodları və şəbəkə texnologiyaları kimi təhlükəsizlik və nəzarət riskləri haqqında anlayışın olması;CompTia Security+ və ya digər müvafiq təhlükəsizlik sertifikatı və ya konkret tədarükçünün təhlükəsizlik sertifikatının olması əlavə üstünlük sayılır;Maliyyə sektoru haqqında biliklərin olması əlavə üstünlük sayılır;Əminliklə yazılı və şifahi ünsiyyət bacarıqları, həmçinin texniki informasiyanı həm texniki, həm də qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı